25:12 - 1:23
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İstanbulda “Trade Wind” tədbiri: İki qardaş ölkə arasında strateji və kültürel əməkdaşlıq 

03.09.2024 - 17:21
A A

İstanbulda keçirilən “Trade Wind” tədbiri Türkiyə və Azərbaycan iş dünyasının önəmli şəxslərini və tanınmış sənətçiləri bir araya gətirdi.

Türkiyədə fəaliyyət göstərən “Usuboğlu Group” tərəfindən təşkil olunan bu prestijli tədbir saat 17:30-da İstanbulun “Kabataş İskelesi”ndən çıxış edən boğazda üzən gəmidə baş tutdu.

Tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək və yeni iş imkanları yaratmaq məqsədi ilə həyata keçirildi.

Tədbirdə iş adamları, siyasətçilər, akademiklər, məşhur sənətçilər, jurnalistlər və öz sahəsində tanınmış bir çox mühüm şəxs iştirak etdi. “Usuboğlu Group”un ev sahibliyi etdiyi bu tədbir Türkiyə və Azərbaycan iş dünyası üçün strateji bir dönüm nöqtəsi olaraq önə çıxdı. İştirakçılar peşəkar əlaqələrini genişləndirmək və yeni investisiya imkanlarını qiymətləndirmək üçün əla fürsətlər əldə etdilər.

Aysel Nazim aparıcılığı ilə baş tutan tədbir zəngin proqram axışı ilə diqqət çəkdi. İştirakçılar Türkiyə və Azərbaycan mədəniyyətlərinin zənginliklərini əks etdirən müxtəlif performanslar və tədbirlər ilə unudulmaz bir gün yaşadılar.

“Usuboğlu Group”nun başqanı Samirali Usuboğlu açılış nitqində bu tədbirin Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində mühüm bir dönüm nöqtəsi olacağını vurğuladı. Usuboğlu, tədbirin məqsədinin iki ölkə arasındakı iqtisadi bağları gücləndirmək və mövcud əməkdaşlıq potensialını artırmaq olduğunu qeyd etdi. O, belə təşkilatların iş dünyasında və mədəni əlaqələrdə yeni imkanlar yaratma mövzusunda önəmli rol oynadığını ifadə etdi. Usuboğlu, bu tədbirin iki ölkə arasında daha güclü və təsirli əməkdaşlıqlar qurmaq potensialına malik olduğunu bildirdi.

“Yeşil Fidan” kənd təsərrüfatı məhsulları firmasının sədri Haydar Kilinç bu cür təşəbbüslərin cəmiyyətlər arasında anlayışı dərinləşdirəcəyini və uzun müddətli strateji əməkdaşlıqların qarşısını açacağını bildirdi.

“İshak Yapı” şirkətinin sədri İshak Daşdan, tədbirdə çıxış edərək inşaat və tikinti sektorunda iki ölkənin potensialını birləşdirərək həm yerli, həm də beynəlxalq bazarlarda güclü bir sinerji yarada biləcəyini vurğuladı. O, birgə layihələrin həyata keçirilməsinin iki ölkənin iqtisadi inkişafına və strateji hədəflərinə çatmasına önəmli töhfələr verəcəyini qeyd etdi.

“Meta Burger” qurucusu Osman Sağdıç isə belə tədbirlərin həm iş dünyasında, həm də cəmiyyətdə qalıcı və güclü əlaqələrin qurulmasına töhfə verdiyini ifadə etdi.

Tədbirdə Gazi Universitetinin doktorantı, araşdırmaçı yazar Şəhla Aslan çıxış edərək Türkiyə və Azərbaycan arasındakı əlaqələrin dərinləşməsi üçün mədəni əməkdaşlıq və akademik layihələrin həyati əhəmiyyət daşıdığını vurğuladı. Ş. Aslan,iki ölkə arasında qalıcı və güclü əlaqələr qurmanın yolunun, mədəni zənginliklərin qarşılıqlı olaraq paylaşılmasından və akademik əməkdaşlıqların artırılmasından keçdiyini bildirdi.

Türkiyə KOBİ qurucusu Koray Aksu kiçik və orta ölçülü müəssisələrin beynəlxalq bazarlara çıxış proseslərini və Türkiyə-Azərbaycan əməkdaşlığı kontekstində yeni imkanları ətraflı izah etdi. O, həmçinin bu müəssisələrin böyümə strategiyaları haqqında önəmli məlumatlar təqdim etdi.
Ədliyyə Nazirliyinin “Değer” dərgisinin yazı işləri müdiri Hakan Erdem tədbirdə çıxış edərək iki ölkənin iş dünyası təmsilçilərinin bir araya gələrək yeni iş imkanları yaratmalarının yanında, mədəni qarşılıqlı əlaqələrin də bu prosesdə önəmli rol oynadığını vurğuladı.

Bundan başqa, tədbirdə “Fuzul Holding”in qurucusu Eyüp Akbal, “Arda Holding”in qurucusu Uğur Ayrım, iş adamı Salim Yazıcı, ilk Türk qadın detektivi Hilal Sakar, yazar Səddətin Turan, iş adamı Osman Sağdıç, Anadolu Respublika Baş Prokurorluğunun müavini Sıddık Ilgar, İstanbul Medipol Universitetindən Prof. Dr. Yeter Demir Uslu, SABF kafedra müdiri Gürkan Gözne, Prof. Dr. Lütfü Ilgar kimi mühüm şəxslər iştirak etdilər.
Tədbirdə sponsor və dəstəkçi qurumların nümayəndələrinə təşəkkür plaketləri və hədiyyələr təqdim olundu.

Tədbir Türkiyə və Azərbaycan mədəniyyətlərinin zənginliklərini əks etdirən bir sıra fəaliyyətlərlə daha da rəngləndirildi. Azərbaycanın tanınmış sənətçisi Elnara Abdullayeva tədbirdə unudulmaz musiqi proqramı ilə çıxış etdi. O, tamaşaçılara vətənpərvərlik ruhunu aşılayan mahnılar təqdim edərək hər kəsi duyğulandırdı Bundan başqa, 2024 Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil edən İlkin Dövlətov və Fəxri İsmayılov, Pərvaz İbrahimli, Leyla Rəhimova xüsusi performansları ilə diqqət çəkdilər. İştirakçılar DJ performansları və canlı rəqs nümayişləri ilə əyləncəli anlar yaşadılar.

Tədbirin sonrakı saatlarında keçirilən “after party” iştirakçılara sosial mühitdə iş əlaqələrini inkişaf etdirmək və yeni iş imkanlarını kəşf etmək imkanı verdi.

Tədbir zamanı ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüldü və iştirakçıların rahatlığı təmin edildi.

“Trade Wind” adlı bu tədbir Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığı daha da irəli aparan önəmli bir görüş olaraq yaddaşlarda qaldı.

Şəhla Aslan,
Türkiyə, İstanbul



 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

İstanbulun simvoluna çevrilən, turistlərin sevimli məkanı olan Qız qalası haqqında bilmədiyimiz faktlar

Növbəti Yazı

7 ay ərzində Pamukkaleni 1 milyon 700 min turist ziyarət edib

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.