25:10 - 11:06
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Ata fəryad edir: “Peşəkar hərbçi oğlumu şərləyiblər, şikayətə baxan yoxdu”

21.08.2024 - 14:11
A A

Kazımlı Gülağa Platforma.az vasitəsilə illərlə vətənə sədaqətlə xidmət edən, Vətən Müharibəsində cəsurluğuna görə fərqlənən oğlunun şərləndiyini bildirir, əlaqədar orqanlardan kömək istəyir, ədalətin bərqərar olacağına inanır. Sözügedən məktubu təqdim edirik, inanırıq ki, iş ədalətlə araşdırılacaq:
“Azərbaycan Respublikasının Prezidentinin hərbi məsələlər şöbəsinin müdirin Fərid Seyidov cənablarına Astara rayon Toradi kənd sakini Kazımov Gülağa Məmməd oğlu tərəfindən
Ərizə
Sizi öz qanı ilə tarix yazanlardan biri, zəfər zabiti 2016-cı il aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin, 1 (bir) günlük antiterror əməliyyatının iştirakçısı, Ali Hərbi İdarəetmə Akademiyasının I kurs tələbəsi mayor rütbəli zabit Kazımlı Ləyaqət Gülağa oğlunun ailə üzvləri tərəfindən narahat edirəm. Mən 50 il xalqımın balalarının təhsili ilə məşğul olmuşam. Həm ailədə, həm də məktəbdə vətənpərvər, vətənimizə sədaqətlə qulluq edən gənclər yetişdirmişəm. Bunun nəticəsidir ki, vətən torpağının düşməndən azad olunmasında yetişdirdiyim şagirdlərdən şəhid və qazi olanlar var. Ləyaqət də yetişdirdiyim gənclərdən biridir. Biz öz vətənimizi qızğın məhəbbətlə sevib, istər ailədə, istər məktəbdə, istərsə də cəmiyyətdə həmişə bunu aşılamışıq. Eyni zamanda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşənlərdənik. Biz cənab prezidentin ağıllı, müdrik siyasəti sayəsində başıuca, alnıaçıq, üzüağ xoşbəxt yaşayırıq. Oğlum Kazımlı Ləyaqət öz vətənini qızğın məhəbbətlə sevən, vətəninə 18 il xidmət edən, vətəni uğrunda canından keçməyə hazır olan bir əsgərdir. Torpaqlarımızın düşməndən azad olunmasındakı şücaətinə görə çoxlu medallarla təltif olunub. Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallar alıb. Ailəlidir, biz azyaşlı övladı var. Evi yoxdur. Kirayədə qalırdı. Ailəsini dolandırmaq üçün dərsdən sonra öz şəxsi maşını ilə qanuni yolla taksi fəaliyyəti itə məsğul olurdu. 1 may 2024-cü il tarixində biz sərnişin xanımı sifariş əsasında götürür. Xanım sərnişin mənzil başında düşəndən sonra 3,4 manat əvəzinə oğlumun kartına 7 (yeddi) manat ödəyərək uzaqlaşır. Bir az keçəndən sonra bir Türkiyə nömrəsindən oğluma mesaj (zəng) gəlir. Bildirir ki, sən xanım sərnişinə qarşı nəzakətsizlik etmisən, göz-qaş oynatmısan. Oğlum isə belə bir şeyin olmadığını bildirərək, xanımla üzləşəcəyini bildirib. 2 may 2024-сü il tarixində oğlum dərsdən çıxıb evə gedərkən yolda maşını saxlayıb düşüb, bu anda 3-4 nəfər mülki geyimli şəxs ona qarşı zorakılıq edərək maşına basıb maşını da özləri idarə edərək naməlum istiqamətə aparıblar. Maşına baxış keçirib bir-birinə deyirlər ki, maşında heç nə yoxdur. Maşınını həmin yerdə buraxıb başqa maşınla oğlumu Bakı Şəhər Baş Polis idarəsinə gətirib 3-cü mərtəbəyə qaldırırlar. Otaqda oturan mülki geyimli bildirir ki, sen dünən xanım sərnişinə sataşmısan. Oğlum belə işin olmadığını söyləyərək xanımla üzləşəcəyini bildirib. Mülki geyimli həmin adam deyir, yaxşı, yaxşı. 2 (iki) kibrit qutusunu oğluma uzadıb götürməsini əmr edir. Həmin 2 (iki) kibrit qutusunun götürülməsindən oğlum imtina edir. Onlar zorakılıqla həmin kibrit qutularını oğlumun cibinə qoyurlar. Sonra oğluma əmr edirlər ki, onları çıxar, ver, bunlar sənindir. Maşının və evin açarlarını da götürürlər, hal-hazırda da onlardadır. Oğluma deyirlər ki, sənin maşınında, evində də belə şeylər, silah-sursat var. Protokol yazıb oğlumun qabağına qoyub imza atmağı əmr edirlər. Oğlum imza atmaqdan imtina edir. İmtina edəndə oğluma qarşı zorakılıq tətbiq edirlər, işgəncələrə məruz qalır, elektroşok verirlər, təhqir və təhdidlərə məruz qalır. Protokolu imzalamağı tələb edirlər, deyirlər ki, ağıllı ol, imzala. İmtina edəndə işgəncələr yenidən təkrarlanır. Bu dəfə şalvarını çıxarıblar əynindən zorakılıqla. Sənədləri imzalamayacağı təqdirdə dubinka və butulka ilə zorlanacağı ilə hədələyiblər. İmzalamayanda 1 tabletka yeməyi əmr edirlər, tabletkanı qəbul etmir, zorla oğluma maye içizdirirlər. Yenə imtina edəndə həyat yoldaşını bölməyə gətirməklə hədələyib nalayiq sözlərlə təhqir etməyə başlayırlar. Ailəsinin ləkələnəcəyini görəndən sonra oğlum həmin protokolla oğluma məxsus olmayanlara imza atmağa məcbur olub. Oğlum o imzanı ailəsi təhqir, təhdid, zorakılığa məruz qalmasın deyə məcburiyyətdən atıb. İmzalanan protokolda maşınından və evindən tapıldığı iddia edilənlərin heç birisinin oğluma aidiyyəti yoxdur. Daha sonra oğlumu kirayədə yaşadığı evə mayın 2-dan mayın 3-nə keçən gecə saat 1-2 radələrində

oğlumu yaşadığı evə aparıb, çöl qapıda saxlayıb özləri içəri daxil olurlar. Daha sonra Ləyaqəti də içəri aparırlar, evdə özlərinin yerləşdirdiyi 1 (bir) ədəd əl qumbarasını və bir neçə patron çıxarıb bu da sənindir deyirlər. Daha sonra maşınından patron, tərəzi və bir büküm çıxarıb oğlumun adına yazırlar. Daha sonra məhkəməyə aparıb Baş Polis idarəsinin əməkdaşları oğluma 4 ay həbs qətimkan tədbiri seçirlər. Oğlumu şərləyərək həbsə atıblar. Oğlum heç bir günahı olmadan həbs olunub. Oğlum yüksək rütbəli zabitdir, hərbinin bundan heç bir xəbəri yoxdur, heç maraqlanmır da. Mənim zabitimi mülki polis, mülki məhkəmə hərbinin xəbəri olmadan necə həbs ediblər. Oğlum günahsızdır, oğlumu təhsildən, hərbi işdən uzaqlaşdırmaqdan ötrü bunları sifarişlə həyata keçiriblər. Xanım sərnişini və türk mobil nömrəsi ilə oğluma mesaj göndərən adamları tapıb telefon danışıqlarına görə oğlumu şərləyən adamları və sifarişçiləri tapmaq olar. Xahiş edirəm, haqq-ədalətin üzə çıxarılmasında bizə dayaq olasınız. Bundan əlavə oğlumun saxta cinayət işinin hərbi prokurorluqda araşdırılmasında ailəmizə dəstək göstərəsiniz. Baş Polis İdarəsinin əməkdaşları kimlərinsə tapşırığı ilə vətənə 18 il qüsursuz xidmət edən bir gənci belə şərləyərək ləkələyiblər. Əgər belə vətənpərvər hərbçilər lazım deyilsə, onları ləkələyib həbsə atmasınlar, azad etsinlər işdən, qoy azadlıqda fəhləlik etməklə öz ailələrini saxlasınlar. Bu cür məmur özbaşınalığı, vəzifə səlahiyyətindən sui-istifadə öz çirkin əməllərini həyata keçirməklə vətənpərvər bir gəncin ləkələnməsi böyük təəccüb doğurur. Digər təəccüb doğuran məsələ MN-in öz zabitinin həyatına bu qədər laqeyd qalmasıdır. MN öz zabitinin istintaqının hərbi polisdə, prokurorluqda deyil, onu şərləyən polisdə aparılmasını sadəcə seyr etməklə məşğuldur. Bu gün Ləyaqətin başına gətirilənlər sabah başqasının başına da gətirilə bilər. MN-ə iradımız isə oğlum hələ istintaq altında ikən, məhkəmə hökmü olmadan oğlumun işdən azad olunması ilə bağlıdır. Xahiş edirəm, oğlumun işinin hərbi prokurorluqda araşdırılmasında bizə dəstək olasınız. Oğlum günahsızdır. Onu vətənimizi istəməyən qara qüvvələr şərləyib həbsə atıblar. Peşəkar, təcrübəli hərbçiləri şərləyərək müqəddəs peşələrindən uzaqlaşdırırlar. Sizdən xahiş edirəm, haqq-ədalətin bərpa olunmasında bizə öz kömək əlinizi uzadasınız, haqqı nahaqdan ayırmaq Allaha da xoş olar. Qabaqcadan Sizə öz təşəkkürümü bildirirəm.

İmza: Kazımov Gülağa Məmməd oğlu
28.06.2024. mob.tel: 051-791-71-35″.
























ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Havada toz müşahidə olunur

Növbəti Yazı

ATMU-nun məzunu tam təqüdlə xaricdə təhsil alacaq 

XƏBƏR LENTİ

Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.