Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə 31 iyul-2 avqust tarixlərində keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur.
Ziyarətçilər sərgidə ATMU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.
Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların stendləri yer alır.






