Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.
Aksiyalar səhər 9:00-dan başlanıb.
Ümumilikdə aksiya zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.