25:10 - 5:07
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Prof. Dr. Fahrettin Altun “Xain çevriliş cəhdi: 15 iyul 2016-cı il” başlıqlı bir məqalə qələmə alıb

15.07.2024 - 12:16
A A
Prof. Dr. Fahrettin Altun

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Prof. Dr. Fahrettin Altun 15 iyul Demokratiya və Milli Birlik Günü münasibəti ilə “Xain çevriliş cəhdi: 15 iyul 2016-cı il” başlıqlı bir məqalə qələmə alıb.

 

Platforma.az xəbər verir ki, Prof. Dr. FahrettinAltun məqalədə “2016-cı il iyulun 15-nə keçən gecə Türkiyədə demokratik yolla seçilmiş hökuməti devirmək məqsədi ilə xain çevriliş cəhdi həyata keçirildi. Fətullahçı Terror Təşkilatının (FETÖ) həyata keçirdiyi çevriliş cəhdi İstanbulda körpülərin bağlanması və tankların küçələrə çıxması ilə başladı.

Başda Türkiyə Böyük Millət Məclisi (TBMM), Prezident Sarayı və Ankara şəhər Baş Polis İdarəsi olmaqla bir çox dövlət qurumları bombalandı. Tezliklə hadisənin individual bir hadisə deyil, koordinasiyalı hücum olduğu məlum oldu.

FETÖ-nün çevriliş dəstələri prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana sui-qəsd məqsədi ilə hücum həyata keçirdilər. Prezidentimizin yerli televiziyada yayımlanan çağırışı ilə xalqımız öz demokratiyasını müdafiə etmək üçün meydanlara çıxdı. Milyonlarla vətəndaşımız gecə boyu çevrilişçi terror təşkilatına qarşı mübarizə apardı”, – deyə vurğulayıb. O, qeyd edib ki, iyulun 16-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin, Baş Polis İdarəsinin və öz demokratiyasını müdafiə edən millətin səyləri ilə xain çevriliş cəhdinin qarşısı alınıb və çevrilişçilər ələ keçirilib.

“Hərbçi və mülki olmaqla ümumilikdə 252 şəhid verdik, 2740 qazimiz oldu. 15 iyul gecəsi Xüsusi Təyinatlı Qüvvələr Komandanlığını qorumaq üçün həyatı bahasına müqavimət göstərən və çevrilişin beyin komandasına daxil olan generalı zərərsizləşdirən şəhid Ömər Halisdemir kimi qəhrəmanlar çevrilişçilərə qarşı sədd oldular. Vətəndaşlarımız bağlanan Boğaziçi körpüsündə onları öldürməyə cəhd edən çevrilişçiləri şəhid olmaq bahasına zərərsizləşdirə bildi. Bu, xalqımızın birliyinin və qətiyyətinin sınaqdan keçirildiyi tarixi məqamlardan biridir.

Türkiyə hökuməti çevriliş cəhdinin ilk anlarından asayişin bərpası və günahkarların məsuliyyətə cəlb edilməsi üçün hərəkətə keçdi. Bu prosesdə prezidentimiz və dövlət rəsmilərinin verdiyi açıqlamalarda çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinə sızmış qanunsuz qruplaşma tərəfindən həyata keçirildiyi qeyd edildi.

Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğu dəqiqləşdi. Təşkilatın ABŞ-də məskunlaşan rəhbərinin dövlətin daxilindəki paralel strukturu ilə bu xəyanətkar əməli həyata keçirdiyi məlum oldu.

Əldə edilən zəfər təkcə Türkiyənin deyil, bütün dünyanın demokratiya tarixində ən şərəfli müqavimətlərdən biri kimi qeydə alındı.

Bu gün də mübarizəsini davam etdirən Türkiyə xüsusilə xaricə qaçan FETÖ fərrariləri və liderlərinin təhvil verilməsi ilə bağlı dost və müttəfiq ölkələrdən həmrəylik gözləyir. Beynəlxalq aləmdə bir çox ölkələr Türkiyəyə dəstək və həmrəylik nümayiş etdirsə də, müttəfiqimiz olan bəzi dövlətlərin çevriliş cəhdinə reaksiyası adekvat olmadı.

Sözü gedən ölkələrin mətbuatında çevriliş cəhdinin işıqlandırılma forması Türkiyəni qane etməkdən uzaq idi. Beynəlxalq miqyasda məsuliyyət daşıyan Qərb media orqanları 15 iyul gecəsi baş verənləri bəsitləşdirməyə çalışdı. Ölkəmizin demokratiyasını hədəfə alan qanlı çevriliş cəhdini “iki tərəf arasında münaqişə” kimi uğursuz bir ifadə ilə işıqlandırdılar.

15 iyul xain çevriliş cəhdindən sonra Pensilvaniya ştatında məskunlaşmış terror təşkilatı liderinin ekstradisiyası üçün bir çox cəhdlər edilsə də, müttəfiqimiz ABŞ-dən bu məsələ ilə bağlı müsbət cavab verilmədi. Demokratiyamız üçün təhlükənin olduğu bir vəziyyətdə göstərilən bu münasibət təəssüf doğurdu.

FETÖ-nün müttəfiq ölkələrimiz də daxil olmaqla bir çox fərqli coğrafiyada fəaliyyətini davam etdirdiyinin fərqindəyik. Tək Türkiyənin deyil, sərhədləri daxilində mövcud olduğu bütün dövlətlərin təhlükəsizliyini təhdid edən bu terror təşkilatına qarşı hər sahədə mübarizəmizi davam etdirəcəyik.

Xain çevriliş cəhdindən sonra demokratik təsisatlarını daha da gücləndirən bir ölkə olaraq vətəndaşlarımızın həyatını və ölkəmizin müstəqilliyini təhdid edən terror təşkilatına qarşı mübarizəmiz hər sahədə davam edəcək. O qanlı gecədə canlarını fəda edən vətəndaşlarımızın xatirəsini Türkiyənin istiqlalını və istiqbalını qoruyaraq ehtiramla anmağa davam edəcəyik”, – Altun bildirib.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Dənizdə batan qadın xilas edildi – Anbaan video 

Növbəti Yazı

Pool 9 intizami üzrə ölkə birinciliyi keçirildi 

XƏBƏR LENTİ

Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.