25:06 - 2:12
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Bu addımlar atılsa, müəllimin nüfuzu və peşəkarlığı artar – Analiz 

13.06.2024 - 11:07
A A

Yaxın günlərdə təkrar sertifikasiyadan keçən müəllimlərin göstərdiyi nəticələr hər birimizi xəyal qırıqlığına uğratdı. Min bir əziyyətlə məktəbə uşaq yola salan valideynlər isə cəmiyyətin çoxluq təşkil edən zümrəsi olaraq bu xoşagəlməyən vəziyyətdən daha çox üzüldü və narahat oldular.

Gələcəkdə hansı addımlar atılmalıdır ki, şərəfli peşə sahibləri olan müəllimlər qınaq obyektinə çevrilməsinlər? Mütəxəssislər, vətəndaş cəmiyyəti nümayəndələri nə düşünür? Onların fikrincə hansı addımlar atılsa, müəllimin nüfuzu və peşəkarlığı artar?
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri Elnurə Abuşovanın fikrincə Azərbaycanda təhsilin keyfiyyətini və müəllimlərin peşəkarlığını artırmaq üçün bir sıra addımlar atıla bilər. Bunlardan ən önəmlisi davamlı peşə inkişafıdır. Müəllimlər daima özlərinin peşəkarlığı istiqamətində işləməlidirlər. Müasir dövrün tələblərinə uyğunlaşmalıdırlar. Elmi və metodiki yeniliklərlə maraqlanmalı, inkişafa açıq olmalıdırlar. Keçmişdəki çatışmazlığı gələcək üçün sui-istifadəyə çevirməməlidirlər. İşləmək istəyirsə, nüfuzunu düşünürsə, ilk növbədə özünün peşəkarkığına çalışmalıdırlar. Eyni zamanda müəllimlərin ehtiyacları müəyyənləşdirilərək məktəb rəhbərliyinin də dəstəyi ilə müntəzəm səmərəli təlimlər, seminarlar, proqramlar təşkil edilməli, müəllimlərin yeni tədris metodikaları və texnologiyaları ilə tanış olmaları təmin edilməlidir.
Motivasiya, əməkdaşlıq və mükafatlandırma sistemi də peşəkarlığın artırılmasına xidmət edən vasitələrdəndir. Yüksək nəticələr göstərən və innovativ tədris metodları tətbiq edən müəllimlərlə əməkdaşlıq qurulmalıdır. Bu müəllimlər təqdir olunmaqla işlərinə daha çox həvəs göstərmələrinə və rəqabətə, inkişafa səbəb olacaqdır
Elnurə xanım onu da bildirdi ki, yeniliklərə adaptasiya da bu sahədə önəmli faktordur: İiənnovativ tədris metodları və texnologiyaların tətbiqi bütün müəllimlərin fəaliyyətində bir vərdişə çevrilməlidir. Müəllimlərin müasir tədris vasitələri və texnologiyaları ilə təchiz edilməsi və onların bu vasitələrdən effektiv istifadə etmələri üçün təlimlər keçirilməlidir.
QHT sədri dövlətin qayğısı nəticəsində tam təmir edilən, yenidən tikilib istifadəyə verilən məktəblərin sayının artırılmasının da təhsilverənin iş keyfiyyətində müsbət dönüş yaradacağına əmindir. Əmək şəraitinin yaxşılaşdırılması, müəllimlərin işlədikləri mühitin yaxşılaşdırılması, onların ehtiyaclarının nəzərə alınması və dəstəklənməsi, maddi və mənəvi şəraitin yüksəldilməsi vacibdir. Bunlar həm də müəllimlərdə məsuliyyət yaradan amillər sayılır.
E.Abuşovanın fikrincə müəllim peçəsini sevmək, yüksək bal toplayan abituriyentləri müəllimliyə cəlb etmək üçün əməkhaqqının artırılması əsas şərtlərdəndir. Müəllimlərin maddi təminatının yaxşılaşdırılması onların peşələrinə daha ciddi yanaşmalarına və motivasiyalarının artmasına kömək edər.

Xanımın fikrincə əməkdaşlıq və təcrübə mübadiləsi təhsiıverənin təcrübısini artıran amillərdəndir. Buna görə də müəllimlərin yerli və xarici həmkarları ilə təcrübə mübadiləsi etmələri üçün proqramlar və imkanlar yaradılmalıdır.
Elnurə xanım hesab edir ki, müəllim hər zaman axtarışda olmalı, dərs saatının bitməsi ilə işini bitmiş hesab etməməlidir. Araşdırma və innovasiya dəstəyi hər bir müəllim üçün vacibdir. Müəllimlərə öz sahələrində tədqiqatlar aparmaq və yeniliklər yaratmaq üçün dəstək göstərilməli, onların elmi fəaliyyətlərinə şərait yaradılmalıdır.
Fəaliyyəti dövründə psixoloji vəziyyəti qabedici müəllimlərlə rastlaşdığını deyən S.Abbasova peşəkarlığın artırılmasına doğru atılan addımlar sırasında psixoloji dəstəyi vacib sayır: “Hər bir müəllim müxtəlif ailələrdən gəlir. Biz bilmirik ailədə vəziyyət necədir. Müəllimlərə işlərində stresslə mübarizə aparmaq üçün psixoloji dəstək proqramları təşkil edilməlidir”.
Onun sözlərinə gprə bəzən valideynlərlə düzgün qurulmayan kommunikasiya da, müəllimləri ruhdan salır, düzgün olmayan yanaşma onların əziyyərini yerə vurur, yanlış rəy formalaşdırır. Buna görə də valideynlərlə əməkdaşlığa hər zaman xüsusi önəm verilməlidir Valideynlərin təhsil prosesində aktiv iştirakı təşviq edilməli, müəllimlər və valideynlər arasında daha yaxşı əlaqələr qurulmalıdır.
Qht rəhbəri əmindir ki, bu addımların birgə və ardıcıl şəkildə tətbiqi müəllimlərin peşəkarlığını artırmaqla yanaşı, təhsilin ümumi səviyyəsini də yüksəldəcək

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Azərbaycan Heydər Əliyevin göstərdiyi yolla irəliləyir və onun ideyalarını yaşadır 

Növbəti Yazı

Türkiyənin ən məşhur qədim şəhərləri və xəzinələri – FOTOLAR

XƏBƏR LENTİ

Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43
Gündəm

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

2025/06/05 - 21:53
Gündəm

Səlcuq Bayraktardan Azərbaycanda quruğu şirkətlə bağlı paylaşım – VİDEO

2025/06/05 - 18:58
Gündəm

ZGTTZ-nin əməkdaşının çəkdiyi fotolar Ermitaj muzeyində sərgilənib 

2025/06/05 - 12:21
Gündəm

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib 

2025/06/04 - 11:24
Gündəm

ADK məzunu olan dənizçilərə ADDA-ya imtahansız qəbul imkanı yaradılıb 

2025/06/03 - 13:53
Gündəm

Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirilib 

2025/05/30 - 18:01
Gündəm

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib 

2025/05/30 - 17:46
Gündəm

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

2025/05/27 - 17:01
Gündəm

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür – FOTOLAR

2025/05/27 - 16:58
Gündəm

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur: Gəldilər, gəzdilər, gördülər! – Video 

2025/05/27 - 16:53
Gündəm

Üç ölkənin lideri Laçın aeroportunun açılışını edəcək

2025/05/27 - 15:54
Gündəm

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb 

2025/05/26 - 11:41
Gündəm

ASCO nümayəndələri “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə iştirak ediblər 

2025/05/23 - 16:50
Gündəm

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

2025/05/23 - 16:34

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.