25:06 - 9:27
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

​İmişlidə “15 iyun – Milli Qurtuluş Günü” qeyd olundu – FOTO 

12.06.2024 - 22:41
A A

İyunun 12-də İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan inkişafa: Müdrik siyasətin uğurlu nəticələri” adlı konfrans keçirilib.

Metbuat.az bildirir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı istirahət parkında abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Parkın ərazisində təşkil olunan rəsm sərgisinə, Heydər Əliyev Mərkəzində isə kitab sərgisi və Ulu Öndərin stendinə baxış keçirilib. Konfrans başlamamışdan öncə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir.

Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün ümummilli liderimizin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır. Çıxışlardan sonra konfrans öz işini yekunlaşdırıb








 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

“TRT World”dən tarixi film: “1915. Köçürülmə” – VİDEO

Növbəti Yazı

DÖVLƏT KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB 

XƏBƏR LENTİ

Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43
Gündəm

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

2025/06/05 - 21:53
Gündəm

Səlcuq Bayraktardan Azərbaycanda quruğu şirkətlə bağlı paylaşım – VİDEO

2025/06/05 - 18:58
Gündəm

ZGTTZ-nin əməkdaşının çəkdiyi fotolar Ermitaj muzeyində sərgilənib 

2025/06/05 - 12:21
Gündəm

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib 

2025/06/04 - 11:24
Gündəm

ADK məzunu olan dənizçilərə ADDA-ya imtahansız qəbul imkanı yaradılıb 

2025/06/03 - 13:53
Gündəm

Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirilib 

2025/05/30 - 18:01
Gündəm

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib 

2025/05/30 - 17:46
Gündəm

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

2025/05/27 - 17:01
Gündəm

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür – FOTOLAR

2025/05/27 - 16:58
Gündəm

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur: Gəldilər, gəzdilər, gördülər! – Video 

2025/05/27 - 16:53
Gündəm

Üç ölkənin lideri Laçın aeroportunun açılışını edəcək

2025/05/27 - 15:54
Gündəm

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb 

2025/05/26 - 11:41
Gündəm

ASCO nümayəndələri “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə iştirak ediblər 

2025/05/23 - 16:50
Gündəm

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

2025/05/23 - 16:34

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.