Avropa Tennis Assosiasiyanın tərkibində olan komitə və komissiya yenidən formalaşdırılıb. Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva 2024-2028-ci illər müddətinə Avropa Tennis Assosiasiyasının (Tennis Europe) Gender Bərabərliyi Komitəsinə üzv seçilib. Qeyd edək ki, bu Azərbaycan tennisi tarixində ilk hadisədir.


 
			 
                                 
		    
 
							


