2023-cü ilin dövlət büdcəsi hazırlanarkən səhmlərində dövlətin payının olduğu müəssisələrdən büdcəyə 321 milyon manatın dividend şəklində daxil olması proqnozlaşdırılmışdı.
Büdcəyə ödənilən dividentlərlə bağlı diqqət çəkən digər bir məqam da bu vəsaitlərin demək olar ki, hamısının sadəcə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilməsi ilə bağlıdır.
ABB ötən İl ərzində büdcəyə 150.9 milyon manat vəsait ödəyib. Yəni, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinə səhmlərində dövlətin payı olan müəssisələr tərəfindən ödənilən vəsaitin 99.9 faizi Azərbaycan Beynəlxalq Bankının payına düşür.
Büdcəyə dividend ödəməsi nəzərdə tutulsa da, ödəniş etməyən şirkətlər SOCAR, Azər-Türk Bank, Azərgold və Xəzər Dəniz Gəmiçiliyidir. Bir maraqlı məqam da odur ki, bu qurumların hamısı ili mənfəətlə bitirməsinə baxmayaraq dividend