Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyi “QS World University Rankings 2025” nəticələrini elan edib.
Qeyd edək ki, BDU-nun “QS World University Rankings 2025”də cari qiymətləndirmə nəticəsi öncəki il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ötən il BDU “QS World University Rankings”də 1001-1200 aralığında yer alırdı. Elan olunan reytinq qiymətləndirilməsinə 106 fərqli ölkədən müəyyən olunan minimal tələbləri qarşılayan 5663 ali təhsil müəssisəsi cəlb olunub, 1503 ali təhsil müəssisəsi isə reytinq siyahısında yer ala bilib.