25:09 - 4:27
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

BDU-da tanınmış alim, şair, professor Mahirə Nağıqızı ilə görüş

30.05.2024 - 19:02
A A

Bakı Dövlət Universitetində (BDU) tanınmış alim, şair, professor Mahirə Nağıqızının tələbələrlə görüşü keçirilib.

BDU-nun rektoru Elçin Babayev Mahirə Nağıqızının gözəl pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı, zəhmətkeş alim olduğunu qeyd edib. O bildirib ki, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Mahirə Hüseynova alim kimi ana dilimizin tədqiqi sahəsində qiymətli əsərlər ərsəyə gətirib: “Çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan Mahirə xanım öz sözləri ilə desək, “öyrədənlərin öyrədənidir”. Mahirə xanım Azərbaycan elminin inkişafına xidmət edən sanballı alimlərdən biridir. Onun dilçilik sahəsində apardığı tədqiqatlar, çap etdirdiyi əsərlər mühüm yenilikləri ilə səciyyəvidir. Alimin müxtəlif mövzuları əhatə edən 30-dək kitabı onun alim və şair kimi məhsuldar fəaliyyətini əks etdirir”.
Rektor qeyd edib ki, görkəmli alimin “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (Sayalı Sadiqova ilə birlikdə) kimi əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz xidmətləri əhatəli şəkildə təqdim olunub.
Elçin Babayev onun poeziyasında Vətən və Ana obrazının ülvi, qırılmaz sevgi, bədii dilin bütün gözəllikləri ilə, ustalıqla yaradıldığını bildirib: “Mahirə Nağıqızının poeziyasının əsas obrazları Ana və Vətəndir. “Mənim anam”, “Yaşadacaq anam məni”, “Analı dünyam” kimi şeirlərində biz ana məhəbbətini, nəvazişini, istiliyini, fədakarlığını bütün dərinliyi ilə hiss edirik. Mahirə Nağıqızı şəhidləri “sağlığında döyüşən əsgər”, məzarlarını isə “Vətənin istehkamı” adlandırır. O, “Şəhid nəğməsi”, “Son döyüşə hazır ol”, “Al bayrağım” və sair şeirlərində qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik hisslərini ülviləşdirərək ifadə edir”.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir çıxışlarında şairənin zəngin söz dünyasından, yaradıcılığının özünəxas cəhətlərindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, Mahirə Nağıqızının əsərlərində milli ruhun təbliği xüsusi yer tutur. Vətən sevgisi, onun bütövlüyü, toxunulmazlığı, Qarabağ Zəfəri görkəmli şairin yaradıcılığından qırmızı xətlə keçir.
Daha sonra söz professor Mahirə Nağıqızıya verilib. Tələbələrlə görüşün çox xoş olduğunu qeyd edən tanınmış şair gənclərə inamının böyük olduğunu deyib: “Mütaliəsiz tələbəni silahsız əsgərə bənzədirəm. Gənclərimiz daha çox oxumalı, mütaliəli olmalı, elm, bilik qazanmalı, inkişaf etməlidirlər. Gənclərə çox inanıram. Qarabağımızı məhz bu gənclər azad elədilər. Dünya olimpiadalarında üzümüzü gənclərimiz ağ edirlər. Qərbi Azərbaycana da məhz o gənclər gedəcəklər”.
Ədəbiyyata marağının anasının səsləndirdiyi bayatıları dinləyərək, sevərək yarandığını deyən Mahirə Nağıqızı 1300-dək bayatının müəllifi olduğunu diqqətə çatdırıb: “Ana dilimizi qorumaq hər bir gəncin borcudur. Vətənimiz, anamız necə vazkeçilməzdirsə, ana dilimiz də elə olmalıdır. Hər kəs öz səngərində əsgər kimi milli dəyərlərimizi qorumalıdır”.
Daha sonra tanınmış şair müəllifi olduğu şeirlərdən səsləndirib və tələbələrin suallarını cavablandırıb.






 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

31 may tarixindən Qala Etno Fest başlayır 

Növbəti Yazı

“Tik-Tok”da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

XƏBƏR LENTİ

Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50
Gündəm

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

2025/08/09 - 20:38
Gündəm

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32
Gündəm

Türkiyənin Qara dəniz bölgəsində  3 məşhur turizm marşurutu – FOTOLAR

2025/08/06 - 12:00
Gündəm

TBMM-də tarixi gün: “Terrorsuz Türkiyə” üçün komissiya işə başladı

2025/08/05 - 17:25

SEÇMƏ

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir....

Daha çox oxu

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.