25:12 - 11:35
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Milli Məclisdə olub

30.05.2024 - 18:11
A A

Mayın 30-da Viktor Mamatuaiahutapunun başçılıq etdiyi Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Milli Məclisdə olub.

Əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra parlamentin foyesində Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi barədə qonaqlara məlumat verilib.

Nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birinci müavini, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin sədri Sahibə Qafarovanın adından qonaqları səmimi salamlayaraq, Azərbaycan dövlətinin beynəlxalq aləmdə neokolonializm siyasətinə qarşı daim barışmaz mövqe nümayiş etdirdiyini bildirib.
Müstəmləkəçiliyə qarşı mübarizənin Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin tərkib hissəsi olduğunu deyən Əli Hüseynli vurğulayıb ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə neokolonializmə qarşı güclü koalisiya yaratmağa, müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə dəstək göstərilməsinə nail olub.
Görüşdə Maohi Nuinin fransız müstəmləkəçiliyinə qarşı apardığı ardıcıl mübarizəyə dəstək ifadə olunub, Azərbaycan dövlətinin və xalqının daim bu ölkənin yanında olduğu, onun azadlıq mübarizəsini dəstəklədiyi diqqətə çatdırılıb.
BMT Baş Assambleyasının 17 may 2013-cü il tarixli “Fransız Polineziyasının öz müqəddəratını təyinetmə” adlı qətnaməsinin Maohi Nui xalqının öz müqəddəratını təyinetmə və müstəqillik əldə etmək hüququnu tanımasını təqdir edən birinci vitse-spiker deyib ki, təəssüf ki, beynəlxalq hüquqi mexanizmlər mükəmməl olmadığından, keçmiş və indiki koloniyalar fransız əsarətindən tam azad ola bilmirlər.
Qeyd edilib ki, neokolonializm siyasəti həyata keçirdən ölkələrin önündə bu gün Fransa gəlir. Fransa Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal siyasətini də yaxından dəstəkləyib. Torpaqlarımızın erməni işğalından azad olunması barədə danışan birinci vitse-spiker deyib ki, Vətən Müharibəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə münaqişə ilə bağlı BMT TŞ-nin 4 qətnaməsini icra etmiş oldu.
Görüşdə Fransanın müstəmləkəçilik keçmişindən danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Fransa bu gün ikiüzlü siyasət aparmaqla, öz çirkin əməllərini demokratiya, insan hüquqlarının müdafiəsi adı altında ört-basdır etməyə çalışır. Bir zamanlar Azərbaycanın da işğaldan əziyyət çəkdiyini, ağır məhrumiyyətlərlə üzləşdiyini vurğulayıb. O deyib ki, XXI əsrdə Fransanın müstəmləkəçilik siyasətinə son qoyulmasının vaxtı çoxdan çatıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Maohi Nui nümayəndə heyətinin başçısı Viktor Mamatuaiahutapu ölkəmizə səfərini əlamətdar adlandırıb.
Fransanın əsrlər boyu həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində ölkəsində demokratiyanın boğulduğunu, insan hüquqlarının kobud şəkildə pozulduğunu deyən qonaq bildirib ki, Fransa Maohi Nuinin müstəqillik əldə etmək istiqamətində apardığı mübarizəyə əngəllər törətməyə davam edir, dialoqdan qaçır. O qeyd edib ki, Fransa bütün vasitələrlə bu cəhdlərin qarşısını almağa müvəffəq olsa da Maohi Nui xalqı öz azadlıq mübarizəsini sonadək davam etdirəcək.
Söhbət zamanı Azərbaycan dövlətinə, onun rəhbərliyinə və xalqına Maohi Nui xalqına göstərdikləri dəstəyə görə dərin təşəkkür bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar, həmçinin geniş fikir mübadiləsi ölkəsinin əsrlərdir məruz qaldığı fransız müstəmləkəçilik siyasətinə qarşı mübarizədə əhəmiyyətli rol oynayacaq.
Görüşdə parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov və digər rəsmi şəxslər iştirak ediblər.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Yaxın saatlarda Birinci Kanal Ermənistanda yayımını bərpa edəcək

Növbəti Yazı

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub 

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.