25:08 - 12:46
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısından sabiq deputat və deputat oğluna ağır ittiham 

27.05.2024 - 11:32
A A
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 85?

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 85?

Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan və Xəzər sahilində yerləşən villanın qapısı daşla hörülüb. Ərazidəki tikililər isə buldozerlə sökülüb.

Keçmiş deputat Hacı Qalib Salahzadə deyib ki, ona məxsus villanın qapısının daşla hörülməsinə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev göstəriş verib.

Ərazidə söküntü işlərinə də icra başçısı şəxsən rəhbərlik edib. Sabiq deputat İcra Başçısını bir sıra hərəkətlərdə suçlayıb. Onun iddiasına görə, Başçı bu hərəkətləri daha yuxarı instansiyaların tapşırığı ilə etdiyini də söyləyib.

Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev Bilgəhdə baş verənlərlə bağlı Musavat.com-a eksklüziv açıqlama verib. İcra başçısı deyib ki, zəbt olunmuş ərazi qanuna uyğun olaraq qanunsuz tikililərdən təmizlənib:

“Hacı Qalib həmin ərazini də, necə ki, Bilgəhdə onlarla hektarı zəbt etdiyi kimi, zəbt edib. Həmin zəbt etdiyi torpaqlarla bağlı bütün günü də məhkəmələrdə keçir. O ərazi çimərlik ərazisidir və heç zaman da bələdiyyə torpağı da olmayıb. Bu (Hacı Qalibi nəzərdə tutur – E.M), əlində indiyə qədər də bələdiyyə sənədlərini, daha doğrusu möhürünü saxlayıb. Oğlu ( hazırda Əliabbas Salahzadə deputatdır – E.M) da bir zamanlar bələdiyyə sədri, özü də oranın qoçusu olub. Ona görə ona başa saldım ki, bələdiyyə sənədini özün öz adına vermisən. Məni provakasiyaya çəkmək istədi. Deyir ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə zidd addım atırsan, yürüdülən siyasətə xələl gətirirsən. Dedim ki, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. Dedi ki, mən də o hasarı sökdürəcəyəm. O zaman da mən demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm”.

Adil Vəliyev deyib ki, ərazi dövlət torpağıdır və Dövlət Proqramına əsasən adablaşdırılması nəzərdə tutulur: “Oranı sökməyi mənə Prezident Adminstrasiyasından kimsə deməyib, öz təşəbbüsümlə təmizləmişəm. Ora dövlət torpağıdır, boşaldılmalıdır. O ərazinin yanında da böyük bir ərazini ayrı adamlar zəbt eləmişdilər. Yüz vasitə ilə oraları ələ keçirmək istəyirdilər. Lakin biz buna imkan vermədik. Çünki ora dövlət torpağıdır. Oranın 1 qarışı belə zəbt oluna bilməz. Heç kim də ora müdaxilə edə bilməz. “Amburan”dan Nardarana qədər olan ərazi qəşəng çimərlikdir, xalqın istifadəsindədir. Ona da demişəm ki, Hacı, başa düş, sənin əlində çıxarışın olsa, sənin mülkünə kimsə yaxın gələ bilməz. Oğlu da lazımi ünvanlara zəng vurub, ona da deyiblər ki, rayonun rəhbərinin atdığı addımlar qanun çərçivəsindədir. Hacı Qalib adlar çəkir, amma mənə heç kim zəng etməyib, heç kim də heç nə deməyib. Biz ötən il də o ərazidə abadlıq işləri apardıq, oradakı özbaşına tikililəri sökdük. Bəzilərinə hətta kompensasiya da verdik. Çox təəssüf ki, bu adam qanun nədir, onu başa düşmür. Vaxtilə bələdiyyə sədri olub, icra nümayəndəsi də onun adamları idi. Dövlətin qanunu müqəddəsdir, qanun qarşısında boynumuz qıldan incədir”.

Adil Vəliyev bildirib ki, Hacı Qalib Salahzadə onlarla vətəndaşa heç bir kökü olmayan bələdiyyə sənədləri verib və bu əməlləri İcra Hakimiyyətini vətəndaşlarla üz-üzə qoyur: “Onun işi məhkəmələrdədir. “Şəbəkə” adlı çimərliyi ələ keçirib. 2 hektar 80 sotdur. Haradan alıb bu qədər pulu? Hamısını özünün verdiyi köhnə sənədlərlə ələ keçirib. Həmin ərazi də belə mənimsənilib. Heç bir çıxarışı yoxdur, özünün verdiyi bir bələdiyyə sənədi ilə ərazini zəbt edib. Çıxarışı varsa, gəlsin, gedib ərazidə hasarı da bərpa edərəm, üzr də istəyərəm”.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Ermənistanda etirazlara görə İrana gedən avtomobil yolu bağlanıb 

Növbəti Yazı

Azərbaycan BMT-nin himayəsi altında beynəlxalq təşkilata üzv olub 

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.