“İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan yanacaq suya qarışıb. Azadmedia.az bununla bağlı “SOCAR PETROLEUM” QSC-nin Məlumatını təqdim edir:
“SOCAR PETROLEUM” QSC üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan yaranmış texniki problem (“SOCAR PETROLEUM” QSC yə məxsus Neft terminalı bazasında çənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki,11.04.2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilmişdir.