Deputat Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Bununla da 125 yerlik parlamentdəki boş yerlərin sayı 10-a yüksəlib.
Konstitusiyanın tələbinə görə, Azərbaycanda növbəti parlament seçkiləri noyabrda olmalıdır. Ancaq həmin dövrdə ölkədə həm də COP29 olacağından bir çox siyasi şərhçilər hesab edir ki, yaxın aylarda ölkədə parlament seçkiləri elan edilə bilər.