Gürcüstanda parlament seçkiləri üçün partiya siyahılarında zərif cinsin nümayəndələri üçün kvotalar ləğv edilir. Bu qərarı parlament üzvlərinin əksəriyyəti dəstəkləyib.
Seçki məcəlləsinə dəyişikliklər müxalifətin “Girçi” partiyası tərəfindən irəli sürülüb. Onları parlamentin 85 deputatı dəstəkləyib, 22 deputat əleyhinə çıxıb.
Məcəllənin əvvəlki redaksiyasında deyilirdi ki, deputatlığa namizədlərin hər dördündə partiya siyahılarında ən azı bir qadın olmalıdır.
Təşəbbüs müəllifləri vurğulayırlar ki, zərif cinsin nümayəndələri respublikada asanlıqla siyasi karyera qura bilirlər və bunun üçün onlara xüsusi kvota lazım deyil, bu kvotanın olması guya onların zülmündən xəbər verir.