26:01 - 5:32
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Fərdi yaşayış evi sökülmədən kanalizasiya kollektorunda qəza aradan qaldırılıb – Video 

04.04.2024 - 15:42
A A

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

Magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının üzərində və mühafizə zonalarında fərdi yaşayış evləri və obyektlərin tikintisi yolverilməzdir. Bu cür hallar içməli və tullantı su təchizatı sistemlərinin istismarını, baş vermiş qəzaların aradan qaldırılmasını çətinləşdirir, eyni zamanda tikililər üçün ciddi problemlərə səbəb olur. Bakı şəhəri Xətai rayonu Köhnə Günəşli yaşayış massivində kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında tikilmiş fərdi yaşayış evləri baş vermiş qəzanın aradan qaldırılmasında ciddi çətinliklər yaradıb.
Ötən əsrin 80-ci illərində inşa edilmiş Günəşli kanalizasiya kollektoru Əhmədli qəsəbəsi və Köhnə Günəşli yaşayış massivində formalaşan tullantı sularının Hövsan Aerasiya Stansiyasına yönləndirilməsini təmin edir. Ötən əsrin sonlarında və 2000-ci illərin əvvəllərində kollektorun mühafizə zonası vətəndaşlar tərəfindən zəbt olunaraq fərdi yaşayış evləri tikilib. Həmin evlərin kanalizasiya çıxışları baxış quyularına deyil, birbaşa kollektora birləşdirilməklə tikinti normaları kobudcasına pozulub və nəticədə kollektorun istismarında risklər yaranır. Bununla yanaşı, mühafizə zonasının zəbt olunması uzun illərdir istismar olunan kollektorda təmir işlərinin aparılmasına imkan vermir. Bəzi hallarda qəza aradan qaldırılarkən məcburən ərazidəki tikililər sökülməli olur.
Kollektorda sonuncu böyük qəza bu ilin yanvar ayında baş verib və fərdi yaşayış evlərindən birinin altında kollektor çöküb. Təmir-bərpa işlərinin aparılması üçün evin sahibi tərəfindən heç bir şərait yaradılmayıb. Bundan sonra Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər və Xətai Rayon icra Hakimiyyətlərinə rəsmi müraciət olunub. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə qəza yerinə baxış keçirilib və vəziyyətlə bağlı akt tərtib olunub. Rəsmi dövlət qurumlarının müdaxiləsindən sonra mənzildə yaşayan sakinlər və əşyalar təxliyyə edilərək təmir-bərpa işlərinə başlanılıb. Təmir işləri aparılarkən yaşayış evinə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə 800 mm diametrli kollektorun içərisində yeni boru yerləşdirilib. Eyni zamanda ətraf yaşayış evlərinin tullantı sularının kollektora ötürülməsi məqsədilə kanalizasiya quyusu quraşdırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bildirir ki, magistral su xətlərinin, kanalizasiya kollektorlarının, anbarların və digər hidrotexniki qurğuların mühafizə zonasında və üzərində fərdi yaşayış evlərinin və obyektlərin tikintisi qadağandır. Vətəndaşlar və sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub olmamasını dəqiqləşdirmək üçün müvafiq qurumlardan rəy almalıdır. Eyni zamanda içməli su və kanalizasiya şəbəkələrinə qanunsuz qoşulma yolverilməzdir və xidmətlərdən yararlanmaq üçün mütləq texniki şərt alınmalıdır.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Sahibkarlar ölçmə vasitələrinin tipini təsdiq etdirməlidirlər 

Növbəti Yazı

Ali Məhkəmədə Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı qərar qəbul olunub

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.