Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasının vacibliyi ilə bağlı mesajlarını mühüm adlandırıb. Raport.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Baş nazir də öz növbəsində prezidentlə görüşləri vacib adlandırıb və hesab edib ki, xalq hakimiyyətin müxtəlif qolları və dövlət aparatının səmərəli fəaliyyəti arasında institusional əlaqəni görməlidir.