Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da Rusiyaya səfər edəcək. Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sergey Paltov deyib.
Paltov bildirib ki, iyunun 7-9-da Rusiyanın baş naziri Mixail Mişustin Nikol Paşinyanı qəbul edəcək. “Burada, ola bilsin, nəsə olacaq, bilmirəm” deyən o, bildirib ki, regionda kommunikasiyaların bloklanması ilə bağlı sənəd artıq hazırdır, bəzi texniki məsələlər qalıb.
Diplomat qeyd edib ki, özü də sənədi bir neçə dəfə görüb, orada kiçik düzəlişlər ediləcək.
“Ancaq hələlik tərəflər son addımı ata bilmir. Ümid edirəm ki, bir həftədən sonra bütün bunlar hansısa praktik müstəvi ilə nəticələnəcək və bəlkə də liderlərimiz yenidən bir araya gəlməli olacaqlar”, – deyə o, yekunlaşdırıb.