Qarşıdakı dövrdə prioritet fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, dağılmış şəhərlərin bərpasıdır. Raport.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının və partiyadan olan namizədlərin seçki platformasının ictimaiyyətə təqdimatı zamanı deyib.
Ərdoğan bildirib ki, Türkiyə gələcəkdə də terrorla mübarizəni davam etdirəcək. “Biz qanunun aliliyi sistemimizi gücləndirəcəyik, terror təşkilatlarının siyasətə müdaxiləsinə göz yummayacağıq.
Türkiyə lideri onu da vurğulayıb ki, yenidən dövlət başçısı seçilərsə, indiki siyasi kursu davam etdirəcək: “Dünyada sabitlik və əməkdaşlıq mühitinin yaradılmasına çalışacağıq”.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.