Fransanın daxili kəşfiyyat xidməti terror aktı hazırlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetməni həbs edib. Bu barədə yerli “The Local France” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, saxlanılan şəxsin üzərindən partlayıcı qurğuların hazırlanması üçün elementlər, habelə qadağan olunmuş terror təşkilatını təbliğ edən çoxlu videomateriallar aşkar edilib.
Dekabrda Daxili Təhlükəsizlik Baş İdarəsinin Fransa əks-kəşfiyyatının mətbuat xidməti məlumat vermişdi ki, orada yaşayan Rusiya və Tacikistandan olan mühacirlər Fransanın Strasburq şəhərində terror aktı hazırlamaqda şübhəli bilinərək həbs ediliblər.