25:05 - 12:30
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bir az milli olmaq yetər

27.03.2023 - 2:28
A A

Raport.az xəbər verir ki, araşdırmaçı-jurnalist Aygün Muradxanlı Diaspor Komitəsini fəaliyyətsizliyi üçün qınayıb. Cənubi Azərbaycanlıların Brüsseldə Azərbaycan bayrağı ilə, Prezident İlham Əliyevin şəkilləri ilə keçirdikləri aksiyalara göstərilən ögey münasibətə diqqət çəkən Aygün Muradxanlı yazır:
“Güney Azərbaycanın milli fəalları Bresseldə çox möhtəşəm bir aksiya keçirdilər. Təşkilatçılara, iştirakçılara çox böyük təşəkkür düşür – millətimizin iradəsini dünyanın ən önəmli siyasi paytaxtlarından birində göstərdilər. Azərbaycan Respublikasının bu aksiyaya münasibətini isə hələ də anlaya bilmirəm.

Prezident İlham Əliyev Azərbaycanın güneyilə bağlı fikirlərini daha necə deməlidir ki, hökumət hərəkətə keçsin? Öncələrdə prezident hansısa toplantıda bir kəlmə deyirdi, söhbət düşdükcə 5-6 il o cümlə sitat gətirilirdi. Savaşdan bu yana İlham Əliyev Güneylə bağlı azı 20 dəfə danışıb – özü də çox net, çox açıq. Biz 50 milyonuq deyib, İrandakı qardaşlarımızın təhlükəsizliyinə biganə qalmayacağıq deyib, insan haqları, qətllər, həbslərlə bağlı birmənalı fikirlər səsləndirib. Bəs, niyə hökumət bütün bunları əlini qoynuna qoyub sadəcə seyr edir?

Dünən Brüsseldə yüzlərlə qardaşımız leysanın altında qalmışdı. Nə qədər insan sadəcə imkanı olmadığından aksiyaya qartıla bilməmişdi. Azərbaycan Evləri niyə qapılarını açmadı? Bayraqlar, sloqanların yazılması, texniki vasitələr, bir çay süfrəsi… bu işə Diaspor Komitəsi əl ata bilməzdi? Güneyli qardaşlarımız 2 ay ”bizə 3 avtobus gərəkdir” dedilər, Fuad Muradov və 5 gün qabaq Novruzda dövlət hesabına doyunca atılıb-düşən, yumurda döyüşdürüb şəkərbura yeyən çoxsaylı diaspor rəhbərləri niyə eşitmədilər bunu? Pulları yoxdur?!!!

Güneylilər bu haqda israrla susurlar. Neçə dəfə soruşmuşam, ”biz dövlətimizdən küsmərik”, “yəqin edərlər” deyib üzərindən keçirlər. Onlar demir, biz deyək, biz sorğulayq? Azərbaycan Respublikasının bayrağı, prezident İlham Əliyevin şəkilləri ilə Avropa Parlamentinin önündə aksiyaya çıxan soydaşlarımıza niyə gərəkli dəstək verilmir?

Dövlətin gücü başqadır. Ən birinci, say çox olur. Bu, istənilən aksiya üçün ən vacib faktordur. İkincisi, saya görə təsir imkanları, məqsədə çatma faizi yüksəlir. Üçüncüsü, hər aksiya təşkilatlanmaq, diasporun qaynaşması üçün yeni fürsətlər yaradır. Bu qədər ciddi aksiyaya 1-2 mediada yar-yarımçıq, dəqiqə yarımlıq reportajla “dəstək vermək” nə deməkdir?

Reportaj demişkən… 6 aydır Güney “Azadlıq, Ədalət, Milli Hökumət” hayqırır, rəsmi kanallar “aksiyada azadlıq, ədalət şüarları səsləndirdi” deyir. Nədir, qorxulu fikirdir? Milli hökumət Güneyin azadlıq mücadiləsinin ƏSAS TƏLƏBİDİR. Quzeydə kimlərsə hansı düşüncə, hansı ağılla “milli hökumət” ifadəsini görməzdən gəlir, şüar “redaktə edir”?

Tehranın Azərbaycana diş qıcadığı, Güneydə repressiyaları gücləndirdiyi, Ermənistana hərbi-siyasi dəstək verdiyi, SEPAH-ın sərhədlərimizdə təxribatlar yaratdığı bir dönəmdə bu cür aksiyalara dəstək verməyin necə vacib olduğunu anlamaq üçün müstəsna zəkaya-filana ehtiyac yoxdur. Bir az milli olmaq yetər”.


ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Mətbuat Şurası Oktay Əliyevin həlak olması hadisəsi ilə bağlı mediadakı təqdimatlardan narazılıq ifadə edən məlumat yaydı 

Növbəti Yazı

Kosmetoloq xroniki stressin dəriyə mənfi təsiri barədə xəbərdarlıq edib

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.