Paport.az TASS-a istinadən xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə danışıqların məzmununu açıqlamaqdan imtina edərək bildirib ki, ABŞ Qara dənizə düşən MQ-9 Reaper PUA ilə bağlı vəziyyətə ciddi yanaşır.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə danışıqlar aparıb.
Danışıqlar Amerika tərəfinin təşəbbüsü ilə aparılıb. Bundan əvvəl insidentlə bağlı Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Dövlət Departamentinə çağırılıb.