Kremldə Rusiya prezidenti Vladimir Putinlə Suriya lideri Bəşər Əsəd arasında danışıqlar baş tutub. Raport.az TASS-a istinadla xəbər verir ki, görüşdə Putin qeyd edib ki, birgə səylər nəticəsində Rusiya və Suriya beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə ediblər.
Putin çərşənbə günü Suriya prezidentini qəbul edərkən deyib: “Biz daimi təmasdayıq və əlaqələrimiz inkişaf edir. Bizim birgə səylərimiz və Rusiya silahlı qüvvələrinin Suriyadakı həlledici töhfəsi sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm nəticələr əldə olunub”.