25:09 - 1:13
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

DİM il ərzində normal sual tərtib edə bilməyib – Əməkdaşları nə işlə məşğuldur? İRAD 

13.03.2023 - 12:00
A A

Dünən ölkə üzrə orta məktəblərdə növbəti buraxılış imtahanı keçirildi. Sosial şəbəkələrə qısaca nəzər yetirmək kifayət edir ki, sualların bərbad hazırlanmasının şahidi olasan. Doğrudanmı Dövlət İmtahan Mərkəzinə bir il kifayət etmir normal suallar hazırlasınlar? Fəaliyyətləri nədən ibarətdir, il ərzində 1 dəfə imtahan üçün doğru-düzgün sual ortaya qoya bilmirlərsə? Facebook valideyn, müəllim, şagird narazılığı işə dolub-daşır. Rapor.az DİM-dən narazılığın bir qismini təqdim edir:

Yeganə Abbasova, dil-ədəbiyyat müəllimi: “Vaxt nəzərə alınmır,Azərbaycan dilindən həcmcə böyük, ağır mətnlər salınır, uşaq hər sual üçün mətnə dönə-dönə qayıtmalı olur…. Nə uşaqların yaşı, nə psixologiyası, nə 3fərqli fəndən imtahan verdikləri, nə vaxt məhdudiyyəti nəzərə alınır…Sanki təcrübəsiz Şagirdləri yox, onların müəllimlərini imtahan edirlər, uşaqları belə sındırmaq olmaz…”

Valideyn Simran Şirinov yazır…
“Azərbaycan dilindən mətn elmi publisistik bir səhifə, riyaziyyat blok sualları,dinin buraxdığı vəsaitlər nəyə lazım?O qədər pul tök uşaq əziyyət çəkib gecə gündüz oxusun yazsın heç biri o kitablardan düşməsin, yaxşı tapıblar türk dilindən mətni çevirib salıblar imtahana, lənətə gəlmişlər”.

Müəllim Leyla Seyranzadə
: “Mart ayının 5 də övladım imtahan verib, eyni zamanda bir müəllimə kimi sizinlə tamamilə razıyam”.

Təlimçi müəllim Mahirə Nuriyeva: “DİM-ə olan inamım, güvənim sonsuz idi. Çünki bu qurumda imtahan verib tibb texnikumunda, daha sonra isə BDU-nun kimya fakültəsində təhsil almışam. Bacım 2002-ci prezident təqaüdünə layiq görüldü. Uzun sözün qısası çevrəmdə düzgün yolla tələbə adını qazananlar saysız-hesabsızdır.
Amma son imtahanlarda olan sual problemi məni çox sarsıdır. Həm şagirdlərimiz həm də 9-cu sinifdə imtahan verəcək övladım üçün çox narahatam. Axı niyə belə qeyri-müəyyən tapşırıqlardan istifadə olunur? Onsuz da məktəbdə reallaşdırılması tələb olunan fənn kurikulumları üzrə standartların tələbləri bu tapşırıqlarda tam ödənmirdi. Belə sualların da olması şagirdləri imtahanda hansı psixoloji hala salmasını niyə düşünmürük? Bəs uşaqlara şəxsiyyət kimi yanaşma harda qaldı?
Bəs DİM-in imtahana gedəcək uşaqlara dəstək məqsədilə təşkil etdiyi psixoloji məşğələlərin faydası nə olacaq? Bir halda ki, uşaq imtahanda qeyri-müəyyən sualın üzərində gərginlik, stres yaşayacaqsa.
Çoox təəssüf…”

Valideyn Fəridə Aslanova: “Uşaq da anası kimi üsyankardır. Ayağını yerə dirəyib ki, dünənki buraxılış imtahanı ilə bağlı apellyasiya komissiyasına müraciət edəcəm.
Deyir ki, ana, bu sual səhvdir. Hər şeyi düsturla (a²+b²+c²=d²) həll edəndə cavab 7 alınır. Amma parallelepipedin diaqonalı 7 olsa, tilin biri 0 olacaq. Bu isə mümkün deyil. Tilin uzunluğu 0-dan böyük olmalıdır.

Düzgün cavab: “Belə bir fiqur mövcud deyil” olmalıdır. Amma testdə bizdən onun olub-olmadığını deyil, həllini istəyirlər…

Uşaq dünəndən yatmayıb. Bir sualın qoyuluşunun səhv olduğunu deyir.

Cəhənnəmə olsun bunların təhsili də. Uşağımın əsəbləri pozuldu. Mən idi başa düşdüm ki, ölkədə insanların ömrü niyə gödəkdir. Hamı bir-birinin dərdini, problemini çəkə-çəkə qum dənəsi kimi hissə -hissə parçalanır, ovulub tökülür…”.
Elnurə

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Fəhlə iş yerində faciəli surətdə öldü 

Növbəti Yazı

Uşaqlar imtahan keçirilən binaya daxil olarkən onları girişdə çox alçaldıcı şəkildə yoxlayırlar – ŞİKAYƏT 

XƏBƏR LENTİ

Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.