Azərbaycanlı gənc Tehrana sevgilisini görməyə getdi, yoxa çıxıb. Raport.az xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, Almaniyada Jena Universitetinin tələbəsi olan, 27 yaşlı Fərid Səfərli fevralın 20-si eyni universitetdə təcrübə keçən sevdiyi qızı görmək üçün Tehrana gedib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da 4 martdan etibarən telefonu sönüb, onunla əlaqə tamamiylə itib. Ehtimal edilir ki, Fərid İranda saxlanılıb. Ümidvarıq ki, Azərbaycan hakimiyyəti təcili şəkildə hərəkətə keçjb və Fəridin tapılması, ailəsinə qovuşması istiqamətində addımlar atacaq.