Bu gün saat 15:00-da “Facebook” və “Instagram” sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır. Bu barədə Azəriqaz İstehsalat Birliyindən Raport.az-a verilən məlumatda deyilir ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilər.