25:06 - 7:32
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Nərimanov rayonunda oğlu hərbi xidmətdə olan ananın evi MTK tərəfindən yararsız hala salındı

07.03.2023 - 22:17
A A

Qanunsuz olaraq tikili aparıb vətəndaşın mənzilinin pəncərəsinin önündə beton dirək ataraq otaq artırırlar, əlavə tikili edib ümumi eyvanda sağ və solda gördüyünüz mənzilləri tikirlər. Beləcə evi blokadaya alıb, vətəndaşı mənzilini tikinti şirkətinə satmadığına görə cəzalandırırlar. Bunu da şəhərin mərkəzində Nərimanov rayonunda edirlər. Ən dəhşətlisi də odur ki, bütün dövlət qurumları görür amma susurlar. Məhkəmələrin gücü çatmır. 2020-ci ildən başlayaraq vətəndaş məhkəməyə üz tutub, pozulmuş mülkiyyət hüququnu müdafiə etmək istəyir, amma 3 ilə yaxındır ki, birinci instansiya məhkəməsində yekun qərar çıxmır. Beləcə ölkədə mülkiyyət hüquqlarının nə qədər müqəddəs olduğunu görürük. Vətəndaş 3 ildir yararsız hala salınan evindən didərgin düşüb. Ancaq buna görə məhkəmə onun evini yararsız hala salanlardan kirayə haqqı da tutmayib. Niyəsi çox sadədir. Tikinti şirkəti “yuxarılara” məxsusdur.
Hətta məhkəmə qərardadı ilə bu qanunsuz tikilinin dayandırılması nəzərdə tutulsa da icra məmurunu oradan gözümün qabağında qovdular. İstədikləri kimi də Fövqəladə Hallar Nazirliyinin qəzalı vəziyyətdə olmasına dair rəyi olan binanın üstünə tikinti apardılar. Bu azmış kimi, hamını da susdura bildilər. İndi imkan vermirlər ki, iş yerli instansiyalari keçsin. Bilirlər ki, olmayan ədaləti Avropada axtaracaq vətəndaş. 3 il ərzində ölkədə o vəzifəli qalmadı ki, müraciət olunmasın. Nə fayda?! Artıq vətəndaş sual verir ki, mən niyə bu ölkədə yaşayım?
Mənim əmlakımı məhv etdilər, yaşayışa yararsız hala saldılar, hamı göz yumdu. Can güvənliyim yox, təhdid etdilər. Məhkəmə, polis, nazirliklər hamısı biznesmenin arxasında durursa, mən bura necə Vətən deyim, necə yaşayım?!
Mən Vəkil olaraq söz tapmadım. Hüquq yerdə sürünür. Qanun yox, heç məmur da yox, pulu olan qanunu da məmuru da istədiyi kimi idarə edir. Nə deyə bilərəm ki?
Hərdən həmkarlar deyirlər ki, iş barəsində publik nəsə yazmaq neye lazımdır?! Ona görə lazımdır ki, belə işlərdə kimin başına nə gələcəyini, kim nələr edəcəyini heç kim bilmir. Yazmaq lazımdır ki, ən azından tarix və sübut üçün qalsın. Bizdə ən hörmətsiz və lazımsız hüquq mülkiyyət hüququdur. Əlində mülkiyyət hüququnu dövlət tərəfindən qeydə alan Çıxariş da olsa, o sənin deyil. Bu əmlak hansı məmur istəsə onundur. Bu əmlak hansı varlı biznesmen istəsə onundur. Və bütün bunlara görə səni müdafiə edəcək hüquq sistemi yoxdur!
P.S. Bu evin sahibi tək anadır. Yeganə övladı 2020-ci ildə müharibə vaxtı hərbi xidmətdə idi. Onun bu evini elə oğlu Vətənə borcunu yerinə yetirməyə gedəndə dağıtdılar. İndi 3 ildi qadın qapılarda qalır. Sabah hamı ətrafında olan ana, bacı, qız xanımları təbrik edəcək. Ancaq hüququnu müdafiə edə bilmədiyimiz xanımın nə bayramı!
Səbuhi Axundov


ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Buz rəqsi üzrə Olimpiya çempionunda xəstəlik aşkarlandı – bəzi əzaları amputasiya edildi

Növbəti Yazı

Hacıqabul sakinlərinin problemləri dinlənildi 

XƏBƏR LENTİ

Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43
Gündəm

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

2025/06/05 - 21:53
Gündəm

Səlcuq Bayraktardan Azərbaycanda quruğu şirkətlə bağlı paylaşım – VİDEO

2025/06/05 - 18:58
Gündəm

ZGTTZ-nin əməkdaşının çəkdiyi fotolar Ermitaj muzeyində sərgilənib 

2025/06/05 - 12:21
Gündəm

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib 

2025/06/04 - 11:24
Gündəm

ADK məzunu olan dənizçilərə ADDA-ya imtahansız qəbul imkanı yaradılıb 

2025/06/03 - 13:53
Gündəm

Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirilib 

2025/05/30 - 18:01
Gündəm

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib 

2025/05/30 - 17:46
Gündəm

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

2025/05/27 - 17:01
Gündəm

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür – FOTOLAR

2025/05/27 - 16:58
Gündəm

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur: Gəldilər, gəzdilər, gördülər! – Video 

2025/05/27 - 16:53
Gündəm

Üç ölkənin lideri Laçın aeroportunun açılışını edəcək

2025/05/27 - 15:54
Gündəm

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb 

2025/05/26 - 11:41
Gündəm

ASCO nümayəndələri “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə iştirak ediblər 

2025/05/23 - 16:50
Gündəm

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

2025/05/23 - 16:34

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.