Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı əmin edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasının ərazisinə zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat və ya digər məlumatlar ötürmür. Bu barədə Raport.az RİA Novosti-yə istinadla xəbər verir.
“Bizim səylərimiz yalnız Ukraynanın özünümüdafiəsinə dəstək verməyə yönəlib” – məlumatda deyilir.
Bundan əvvəl “The New York Times” Ukraynanın Xarkov və digər istiqamətlərdə hücum planlaşdırmaq üçün ABŞ kəşfiyyat məlumatlarından istifadə etdiyini yazmışdı.