Zaqatala rayon prokurorluğundan Raport.az-a daxil olan məlumata görə Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.