Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə “Müxtəlif situasiyalarda sosial iş prosesinin təşkili” layihəsi çərçivəsində “Məişət zorakılığı” mövzusunda Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir həyata keçirilmişdir. Bu əməkdaşlıq nəticəsində təlimdə iştirak edən şəxslər əvvəlcə sosial xidmət göstərən mərkəzlə və orada vətəndaşlara göstərilən xidmətlərlə əyani şəkildə tanış olmuş, daha sonra isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov çıxış edərək zorakılıq və onun növləri, məişət zorakılığı, Komitə tərəfindən hazırlanan statistika, zorakılıq qurbanları ilə aparılmalı olan işlər, müdafiə mexanizmləri, eyni zamanda ölkəmizdə mövcud olan qanunvericilik aktları barədə geniş məlumatlar vermişdir.
Təlimlər ödənişsiz olaraq həyata keçirilib və hər mövzu üzrə təlimlər yekunlaşdıqda iştirakçılara sertifikatlar təqdim olunub.



