İlin ilk 6 ayında ASCO gəmiləri ilə yükdaşımalarda 12% artım qeydə alınıb.
Bu ilin yanvar ayından iyun ayınadək tanker gəmiləri ilə 2,2 milyon ton yük daşınıb. 2024-cü ilin ilk yarısında bu rəqəm 2 milyon ton olub. Bu da 10%-ə yaxın artım deməkdir.
2025-ci ilin birinci yarısında bərə və Ro-Pax tipli gəmilərlə 19,280 yük avtomobili daşınıb, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 faiz artım deməkdir. Eyni tip gəmilərlə vaqon daşımalarında 4% azalma qeydə alınıb. Belə ki, 2025-ci ildə 18,227 vaqon daşınıb, ötən il isə bu rəqəm 19,068 olmuşdu.
Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalar üzrə qeydə alınıb. 2025-ci ilin ilk 6 ayı ərzində 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki (363,818 ton) göstəricidən təxminən 83 faiz çoxdur.