25:07 - 9:57
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

149 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan mediasının vəziyyəti

20.06.2024 - 12:45
A A

Qarşıda Milli Mətbuat Günü gəlir. 149 yaşına qədəm qoyacaq Azərbaycan Mediasının bugünkü vəziyyəti necədir? Media nümayəndəsi olduğum üçün proseslərin mərkəz nöqtəsindəyəm. Elə mərkəzdən gördüklərimi də oxucularımla bölüşürəm.
Məddahlıqdan və qərəzdən uzağam. Azərbaycan mediasının bugünkü vəziyyətinə həm müsbət, həm də mənfi aspektlərdən baxaq. Bir tərəfdən texnoloji inkişaflar və rəqəmsal media sahəsində irəliləyişlər, digər tərəfdən isə mətbuat azadlığını səhf başa düşənlərin yaratdığı problemlər mövcuddur.
Öncə müsbət aspektlərdən başlayaq.
Rəqəmsal Media və Texnoloji İnkişaflar müasir mediamız üçün prioritetdir.
İnternetin geniş yayılması və sosial media platformalarının inkişafı ilə informasiya əldə etmək daha asan və sürətli olub. Çoxsaylı onlayn xəbər portalları və sosial media hesabları vasitəsilə xəbərlər daha geniş auditoriyaya çatır. Mobil tətbiqlər və veb-saytlar vasitəsilə oxucular 24/7 xəbərləri izləyə bilirlər.
Son dövrlər iştirak etdiyim tədbirlərdə gənc jurnalistlərin aktivliyi müşahidə edilir. Bu, sevindiricidir.
Gənc jurnalistlər müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar innovativ yanaşmaları və yeni media vasitələrindən istifadələri ilə fərqlənirlər.
Müstəqil, fərdi fəaliyyət göstərmək istəyənlər əsasən sosial mediada və YouTube kimi platformalarda öz xəbərlərini və analizlərini paylaşaraq geniş auditoriya toplayırlar.
İşini bilən, peşə etikasına əməl edən jurnalistlər əsasən müstəqil işləməyə qərar verirlər, lakin reklam bazarındakı ayrı-seçkilik onlara tam potensialları ilə işləməyə mane olur. Məhz yazımın bu yerində mənfi aspektlərə toxunmaq istəyirəm.
Beynəlxalq təşkilatlar və insan haqları müdafiəçiləri Azərbaycan mətbuatının azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını ifadə edirlər. Mətbuat azadlığı indeksində Azərbaycan aşağı yerlərdə qərarlaşıb. Bu statistikanı kim formalaşdırıb? Mən də sosial problemləri qabardan media nümayəndəsiyəm. Amma heç vaxt səsləndirdiyim ciddi tənqidlərə görə təhdidlərlə üzləşməmişəm. Bütün dövlət qurumları ilə normal münasibətim var. Tənqid etdiyim qurumlar sağlam tənqidimi qəbul edir, kin saxlamadan məni tədbirlərinə dəvət edir, nöqsablarla yanaşı uğurlarına da şahidlik etməyimi istəyirlər.
Jurnalistlərin həbs olunması da xaricdə çox müzakirə edilən məsələlərdəndir. Bunu yazanlar unudurlar ki, həbs edilən jurnalistlərin əksəriyyəti qarayaxma ilə məşğul olub, hədə-qorxu ilə pul tələb edib.
Müasir dövrün jurnalistləri iqtisadi çətinliklərlə üz-üzədir. Ailəsini dolandırmaq, kreditləri ödəmək, kirayədə yaşamaq müasir jurnalistəri 50 il yaşamağa qoymur, gərgin iş rejimi ürəktutması, insultla, stresdən yaranan xərçənglə həmkarlarımızı sürətlə sıramızdan aparır. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ölkə rəhbəri tərəfindən verilən 2 binanın paylanan mənzillərində o qədər çirkinliklər, bürokratik əngəllər oldu ki, 3-cü binanı jurnalistlərə verməkdən vaz keçdilər…
Fikrimcə mövzu şəhid ailələri idisə, mediadakı fəaliyyətlərinə görə mənzillə ödüllənən evi olan media nümayəndələrinə verilən evlər geri alınıb şəhid ailələrinə verilməlidir. Bu çox ədalətli qərar olar, haqlarına girilmiş evsiz media nümayəndələrinə də təsəlli olar.
Çoxsaylı müstəqil media orqanları maliyyə dəstəyi tapmaqda çətinlik çəkirlər. Reklam bazarının məhdudluğu və dövlət dəstəyinin azlığı müstəqil medianın yaşamasına mane olur. Hazırda əsas maliyyə dəstəyi dövlət və ya dövlətə yaxın olan strukturlardan gəldiyi üçün bu, medianın müstəqilliyinə təsir edir.
Keyfiyyət problemləri medianın yaralı yerlərindəndir.
Xəbərlərə nəzər yetirdikdə aydın görmək olur ki, bəzi media orqanlarında jurnalistikanın keyfiyyəti ilə bağlı problemlər mövcuddur. Yanlış məlumatların yayılması, faktların yoxlanmaması və peşəkarlığın olmaması kimi hallar müşahidə edilir. Buna görə də tədris müəssisələrində jurnalistika fakültələrinin inkişafı və peşəkar təlimlərin artırılması zəruridir. Medianın İnkişafı Agentliyi də bu sahədə ciddi işlər aparır, jurnalistlərin ixtisaslaşması, media savadlıqlarının artırılması üçün xarici və yerli mütəxəssislərdən ibarət təlimçilər cəlb etməklə təlimlər təşkil edirlər.
Azərbaycan mediası texnoloji inkişaflar və gənc jurnalistlərin aktivliyi ilə yanaşı, mətbuat azadlığı, iqtisadi çətinliklər və keyfiyyət problemləri ilə üzləşir. Bu sahədə islahatlar və dəstəklər vacibdir ki, media mühitinin inkişafına və mətbuat azadlığının təmin olunmasına nail olunsun. Reklam bazarı tapşırıqla yox, sərbəst olmalıdır. Dövlətin media subyektləri üçün ayırdığı maliyyə Media Reyestrindən keçən bütün saytlara verilməlidir ki, reklamı olmayan saytlar özlərini inkişaf etdirə bilsinlər. Gələcəkdə həm yerli, həm də beynəlxalq səviyyədə medianın daha müstəqil və peşəkar olması üçün addımlar atılmalıdır.
Elnurə Abuşova

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Müasir Azərbaycan Gəncləri: Uğurları və Problemləri

Növbəti Yazı

Şagird seçimi imtahanına qeydiyyat başlayıb

XƏBƏR LENTİ

Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39
Gündəm

“Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat-saatdan çox enerji hasil edilib 

2025/06/21 - 10:19
Gündəm

ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib 

2025/06/19 - 17:37
Gündəm

Türkiyənin sahil şəhərlərini  yaxta turları ilə kəşf edin- FOTOLAR

2025/06/18 - 12:10
Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.