Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib. Raport.az xəbər verir ki, barədə TASS məlumat yayıb.
“Seçkilərə ilk dəfə qatılacaq gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”, – Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.