25:12 - 4:52
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Mədəniyyət

Ən qədim Astronomik linza teleskopuna malik – Sidney Rəsədxanası

25.12.2022 - 21:47
A A

Avstraliyanın elm tarixində mühüm rol oynayan, 1858-ci ildə tikilmiş Sidney Rəsədxanası, Avstraliyanın ən qədim rəsədxanasıdır. Yeni Cənubi Uels hökuməti tərəfindən dövlət əhəmiyyətli obyekt kimi tanınır və Avstraliyanın mədəni irs siyahısına daxil edilib. Qədim dövrdə Sidney Rəsədxanası vaxtı dəqiq müəyyənləşdirməyə xidmət edib. Burada səma cisimlərini seyr edən və ulduzlu səmanı tədqiq edən astronomlar işləyib yaşayıb. Tarixi əhəmiyyətli rəsədxanada 135 ildən artıqdır ki, istifadə edilən – dünyanın ən qədim Refraktiv Astronomik linza teleskopu yerləşir.

İlk əvvəl rəsədxana “zaman topunu” işlək vəziyyətdə saxlamaq məqsədilə tikilib. Zaman topu – dənizdən asanlıqla görünən böyük sarı topdur. Vizual zaman siqnalı kimi xidmət edən top, hələ 1858-ci ildə, radionun yaranmasından əvvəl yaranəb və hər gün dəqiq saat 13:00-da aşağı endirilib. Günümüzdə də “zaman topu” dəqiq saat 13:00-da aşağı enir, lakin onun işi artıq astronom tərəfindən deyil, əsas atom saatı tərəfindən idarə olunur. Topun əsas məqsədi – gəmilərin qrafikə sadiq qalması və bir-biri ilə toqquşmaması üçün saatlarını tənzimləməsinə kömək etmək idi.

Rəsədxana, Uilyam Skott tərəfindən layihələndirilib. O, rəsədxananı astronom işinin bütün incəliklərini nəzərə alaraq tikib. Rəsədxana daxilində hesablamalar və müşahidələr üçün otaqlar, həmçinin alimlərin qalıb yaşaması məqsədilə inşa edilmiş otaqlar var. Rəsədxanada 1982-ci ildə muzeyə çevrilib. Bu gün rəsədxananın əsas vəzifəsi – astronomiyanı populyarlaşdırmaq və hər kəs üçün ulduzları müşahidə etmək imkanı yaratmaqdır. Burada unikal eksponat – 29 sm obyektivli 1874-cü ildə hazırlanmış teleskop, onun yanında ən müasir kompüterlə idarə olunan teleskop və Günəşi müşahidə etmək üçün ən son alfa-hidrogen teleskop yerləşir. Burada, yerə yaxın kosmosun bütün ulduzları və bürcləri 3D monitorun üzərində proyeksiya olunur. Rəsədxanada hər gün astronomiyanın tarixi, nailiyyətləri və ən son kəşfləri ilə tanış olan mühazirələr keçirilir. Həmçinin zalda astronomiyaya dair maraqlı və maarifləndirici filmlər nümayiş etdirilir, mühazirələr oxunur, burada bu elm sahəsində ən son nailiyyətlər və kəşflərdən bəhs edilir.

Respublikainfo.com

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Prezident Cəmşid Xocayevi qəbul etdi

Növbəti Yazı

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də “patı” var

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.